“Belarusa yeridilmək üçün xüsusi ordu hazırlanır”

Prezident Vladimir Putin Rusiyanın, “lazım gələrsə” Belarusa kömək üçün, hüquq-mühafizə orqanları əməkdaşlarından ibarət ehtiyat qüvvə yaratdığını bildirib.

SOSİUM.az virtualaz.org- istinadən bildirir ki, bu barədə RT xəbər yayıb.

“Belarusdakı ekstremist ünsürlər sərhədləri keçməyənə və soyğunçuluğa başlamayanadək Rusiya qüvvələri istifadə edilməyəcək”,- deyə V.Putin əlavə edib.

“Belarusda ekstremist elementlər qırmızı xətti keçərək talan hərəkətlərinə başlamasalar, Rusiya qüvvələrindən istifadə olunmayacaq”, – Putin vurğulayıb.

Rusiya prezidenti onu da deyib ki, “Belarusun hüquq-mühafizə agentlikləri şəraitdən asılı olmayaraq təmkinli davranış nümayiş etdirirlər”.

WarGonzo Telegram-kanalı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbələrə istinadən bildirir ki, Putinin Belarusa yeritmək üçün hazırladığı ehtiyat hərbi qüvvənin tərkibinə elit xüsusi təyinatlılar daxildir. Söhbət Rusiya Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrindən gedir. Bildirilir ki, onlar bir həftədən çoxdur Minskə göndərilmək üçün hazırlıq keçir və gözləmə vəziyyətindədir.

Oxşar xəbərlər