Belarusda pirotexnika məhsullarının topdan və pərakəndə satışına qadağa qoyulub.
SOSİUM.az “Belta”-ya istinadən xəbər verir ki, bu barədə Belarusun Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi məlumat yayıb.
Qadağa Belarus Nazirlər Şurasının qərarından sonra qəbul edilib.
Sənəd avqustun 12-dən qüvvəyə minib.