Minskdə aksiyada 442 nəfər saxlanılıb

Ötən həftənin bazar günü Belarusda etiraz aksiyaları zamanı ümumilikdə 442 nəfər saxlanılıb.

SOSİUM.az xəbər verir ki, bu barədə Belarusun Daxili İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, təkcə Minsk şəhərində 266 nəfər saxlanılıb, inzibati işlərə baxılana qədər 330 nəfər müvəqqəti saxlama yerlərində qalacaq.

Bundan əlavə, həftəsonu ümumilikdə 24 etiraz aksiyası baş verib. Etirazçılar prospektlər və küçələr boyunca xaotik hərəkət ediblər.

Nazirliyin məlumatına görə, Brestdə etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib və səs güllələri ilə havaya xəbərdarlıq atəşi açılıb.

Oxşar xəbərlər