Belarusda seçkinin ilkin nəticəsi açıqlandı

Belarusda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

SOSİUM.az xəbər verir ki, bu barədə Belarusun Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

İlkin nəticələrə əsasən, hazırkı prezident Aleksandr Lukaşenko 80,23 faiz səs toplamaqla liderlik edir. Svetlana Tixanovskaya 9,9 faiz səslə ikinci sıradadır.

Seçkilərdə iştirak etmiş digər namizədlərdən Anna Kanopatskaya 1,68 faiz, Andrey Dmitriyev 1,04 faiz, Sergey Çereçen 1,13 faiz səs toplayıblar. 6,02 faiz seçici isə hamıya qarşı səs verib.

Oxşar xəbərlər