“Beynəlxalq Bank”da daha bir təyinat

Azərbaycan Beynəlxalq Bankında daha bir təyinat

Azərbaycan Beynəlxalq Bankında yeni təyinat olub. Bankın Maliyyə menecmenti departamentinin direktoru vəzifəsinə Elçin Əlizadə təyin edilib.

SOSİUM.az məlumat verir ki, 1986-cı il təvəllüdlü Elçin Əlizadə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunudur. 2009-cu ildə bu universiteti magistr dərəcəsi ilə bitirib.
2007-2008-ci illərdə Paşa Bankın Əməliyyat və nəzarət departamentində mütəxəssis vəzifəsində çalışıb. 2009-cu ildən son təyinata qədər isə Ernst & Young beynəlxalq audit və konsaltinq şirkətinin əvvəlcə mütəxəssisi, daha sonralar baş mütəxəssisi, işçi qrupunun rəhbəri, meneceri və baş meneceri olub. ABŞ-ın Oregon Ştatının Sertifikatlaşdırılmış İctimai Mühasibi (CPA) lisenziyasına malikdir.

Oxşar xəbərlər