Bir gündə 42 vətəndaş daimi işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Göyçay rayon Məşğulluq Mərkəzində növbəti əmək yarmarkası keçirilib.

SOSİUM.az xəbər verir ki, 157 nəfər işaxtaranın iştirak etdiyi əmək yarmarkasında 12-si dövlət, 5-i qeyri-dövlət olmaqla, 17 idarə, müəssisə, təşkilat və fiziki şəxs tərəfindən 138 boş iş yeri təklif olunub.

Suvarma sistemləri idarəsi, mərkəzi xəstəxana, sanitar epidemioloji stansiya və digər bir sıra təşkilat tərəfindən daha çox iş yeri çıxarılıb. Təklif edilən boş iş yerlərində orta aylıq əmək haqqı 250 manatdan 500 manatadəkdir.

Tədbirin keçirildiyi müddətdə 42 nəfərə daimi işlə təmin olunmaq üçün göndəriş verilib. 48 nəfər isə peşə hazırlığı kurslarına göndərilib.

Oxşar xəbərlər