“Bitki tərkibli məhsulların təşviqatı artırılmalıdır”

Bir çox inkişaf etmiş ölkələr bitki əsaslı təbii dərman məhsullarının öz səhiyyə sistemlərində istifadəsini təşviq etmək üçün tədqiqatlar aparırlar. Dərman bitkiləri bütün dünyada, xüsusilə Çin, Hindistan, Yaponiya, Pakistan, Şri-Lanka, Tayland və bir sıra Afrika ölkələrində daha çox istifadə olunur.

SOSİUM.az xəbər verir ki, bu fikirləri aztibb.az-a açıqlamasında AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva səsləndirib.

O, qeyd edib ki, 2004-cü ildə Kanadada elan edilmiş Təbii Sağlamlıq Məhsulları Qaydaları səhiyyə sahəsində bitki əsaslı məhsul istifadəsinin modernləşdirilməsi istiqamətində atılmış vacib addımdır. S.İbadullayevanın sözlərinə görə, bu tənzimləmə dərman bitkiləri və əlaqəli məhsulların təbliği üçün müasir texnologiyaların və elmi dəstəyin istifadəsini təşviq edir:

“Hesab edirəm ki, ölkəmizdə də bu kimi addımlar atılmalı və müxtəlif sahələrdə təbii resurslardan istifadə genişləndirilməlidir”.

Oxşar xəbərlər