“Kifayət qədər hərbçilərimiz var” – MN

“Azərbaycan Ordusunda yüksək səviyyəli peşəkar hərbçilər kifayət qədərdir”.

SOSİUM.az “report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı əcnəbi, o cümlədən Türkiyədən olan hərbi məsləhətçilərin cəlb olunmasına ehtiyac yoxdur.

“Azərbaycan bir çox ölkə ilə, o cümlədən Türkiyə və Rusiya Federasiyası ilə əməkdaşlıq edir”, – deyə o əlavə edib.

Xatırladaq ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

Oxşar xəbərlər