BMT 27 il sonra Qarabağ üçün toplaşır

BMT Təhlükəsizlik Şurası bir neçə dəqiqədən sonra Qarabağ üçün toplaşacaq.

SOSİUM.az xəbər verir ki, iclasda Azərbaycan və Ermənistan arasında davam edən döyüşlər iclasın əsas gündəliyi olacaq.

İclasda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin) ilə yanaşı, 1 illik müddətə seçilmiş qeyri-daimi üzvləri -Belçika, Vyetnam, Almaniya, Dominikan Respublikası, İndoneziya, Niger, Sent-Vinsent və Qrenadinı, Tunis, Estoniya və Cənubi Afrika daxildir.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası Qarabağla bağlı sonuncu dəfə 1993-cü il noyabrın 12-də toplaşıb.

Oxşar xəbərlər