Braziliyada bir gündə 42223 insan yoluxub

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 42 223 nəfər yoluxub.

SOSİUM.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 539 081 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 290 nəfər ölüb, ölənlərin ümumi sayı 63 174 nəfər təşkil edir.

Qeyd edilir ki, hazırkı dövrədək koronavirusa yoluxan 868 mindən artıq insan sağalıb.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir