Bu axşam internet problemi olacaq

Noyabrın 21-də axşam saatlarında “Bakı Telefon Rabitəsi” MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçiriləcək.

SOSİUM.az xəbər verir ki, şirkətdən “verilən məlumatda bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələrin yarana biləcəyi qeyd olunub.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.

Oxşar xəbərlər