“Bu qətiyyən maraqlarımıza cavab vermir”

Hazırda Qarabağın azadlığı uğrunda Vətən Müharibəsi gedir. Azərbaycan Ordusu cəbhədə uğurlu hərbi əməliyyatlar həyata keçirtməkdədir.

Ancaq İkinci Qarabağ Müharibəsi başlayandan ən çox gündəmdə olan mövzu sülhməramlıların Qarabağda yerləşdirilməsi ilə bağlıdır.

SOSİUM.az xəbər verir ki, sülhməramlıların torpaqların tam azadlığından sonra Qarabağda yerləşdirilməsi ideyası Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı olaraq etirazla qarşılanır.

Çünki 70 il Sovet imperiyasının tərkibində yaşayan azərbaycanlılar yenidən hansısa dövlətin boyunduruğu altında yaşamaq istəmir.

O zaman sual olunur: Sülhməramlılar Qarabağda yerləşdiriləcəyi təqdirdə Azərbaycan üçün hansı təhlükə yarana bilər?

Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analtiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev Modern.az-a açıqlamasında bildirib ki, Qarabağda istənilən sülhməramlı Azərbaycanın artıq maraqlarına cavab vermir:

“Birincisi, Azərbaycan faktiki olaraq öz ərazisinə tam nəzarət edə bilməyəcək. İkincisi, sülhməramli olarsa belə, ortada Əfqanistan təcrübəsi var. Çünki sülhməramlıların yerləşdirilməsi sabitliyi təmin etməyəcək”.

Diplomatın sözlərinə görə, sülhməramlıların Qarabagda yerləsdiriməsindən ancaq Ermənistan məmnun qala bilər:

“Çünki Ermənistanın Baş naziri Nikol Pasinyan ancaq Rusiya, Fransa və basqa Avropa ölkələrinin sülhməramlılarından bəhs edir. Həmin ölkələrin Azərbaycana real münasibəti isə məlumdur. Deməli, heç bir variantda sülhməramlılar Qarabağda yerləşdirilməməlidir”.

Oxşar xəbərlər