Moskva görüşü: gözlənti və ehtimallar…

Yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında danışıqlar aparılacaq.

SOSİUM.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı görüş Kreml rəhbərinin təşəbbüsü ilə keçiriləcək.

Görüşdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatın icrası və bölgədəki problemlərin həlli üçün gələcək addımların müzakirəsi nəzərdə tutulub. Həmçinin, Qarabağdakı döyüş əməliyyatlarından zərər çəkmiş sakinlərə yardımların göstərilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək.

Bundan başqa, Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla ayrılıqda təkbətək görüşləri də planlaşdırılıb.

Oxşar xəbərlər