Bütün ölkə boyu ictimai nəqliyyat dayanır

Bu gündən yanvarın 11-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

SOSİUM.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvarın 18-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək. Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

Oxşar xəbərlər