Bu ilin iqtisadi mənzərəsi necə olacaq? – VİDEO

Bu ilin birinci rübündə pandemiyanın qarşısının alınması bir sıra sahələrin sürətli inkişafına səbəb ola bilər. Təbii ki, pandemiyanın ən çox zərər vurduğu sahələrin yenidən dirçəlməsi COVID-19 virusu ilə mübarizə tədbirlərinin effekt vermə müddətindən asılıdır.

SOSİUM.az xəbər verir ki, iqtisadçı ekspertlər bu il üçün ilkin proqnozların müsbət olduğu qənaətindədirlər.

Dünyanın bütün ölkələri üçün eyni mənzərə hökm sürdüyündən bu müddət ərzində iqtisadiyyatın bir çox sahələri fərqli ölçüdə zərərlə qarşılaşıb. Postpandemiya dönəmində isə əsas dirçəlmə sərhədlərin açılması ilə turizm sahəsində gözlənilir.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, pandemiyanın birinci rübdə aradan qaldırılması fonunda tikinti sektoru da yenidən dirçələcək.Ötən il bu sektorda müşahidə edilən 11 faiz kiçilmə bu il aradan qalxacaq.Bununla yanaşı iaşə sektorunda əhəmiyyətli böyümə olacaq.

Kütləvi tədbirlərin yenidən bərpası ilə şadlıq sarayları və restoran biznesi də 2020- ci ildəki geriləməsini aradan qaldıracaq.Bu isə birbaşa kənd təsərüffatı məhsullarına tələbatı artıracaq. Həmçinin neftin qiymətinin 2021-ci ildə artması proqnozlaşdırılır.Bu isə iqtisadiyyatın əsas lokomotivi olacaq.

İqtisadiyyatın əsas mənzərəsi 2021- ci ilin birinci rübündə həyata keçiriləcək vaksinasiyanın nəticəsindən asılı olacaq. Ümumilikdə isə dövlət tərəfindən həyata keçiriləcək dəstək proqramları da pandemiyadan zərər görən sahələrin yenidən bərpasına kömək edəcək.

SOSİUM.az xezerxeber.az-a istinadən mövzu ilə bağli videomateriali təqdim edir:

Oxşar xəbərlər