“Bu onların çəkə biləcəyi yük deyil”

“Cənab Prezidentin nəinki sonuncu, bütün çıxışları xalqımız və soydaşlarımız tərəfindən rəğbətlə qarşılanır. Çünki hər şeyi öz adı ilə söyləyir. Daxilə və xaricə ünvanlanan fikirləri açıq-aydın, həm də yetərincə balanslı olur. Bu açıq və cəsarətli mövqe bütün siyasət adamları üçün bir nümunə olmalıdır və nümunədir”.

SOSİUM.az xəbər verir ki, bunu Milli Məclisin Birinci Vitse-spikeri Əli Hüseynli bəzi ekspertlərin ölkə başçısı İlham Əliyevin 2020-ci ilin yekunlarına dair keçirdiyi video-konfransda səsləndirdiyi fikirlərə cavab vermələrinə münasibət bildirərkən deyib.

Vitse-spikerin sözlərinə görə, bu, cənab Prezidentin çıxışları tək Azərbaycan üçün yox, həm də xaric üçün nümunədir:

“Sadəcə söylənilən acı həqiqətlərə bəziləri dözə bilmir. Çünki əslində özlərinin siyasi mədəniyyətləri yoxdur. Parlament üzvü, yaxud, kənarda guya müstəqil fikir daşıyıcısı kimi özlərini təqdim edən ekspertlərin isə Prezidentin çıxışına qiymət vermək cəhdləri onların çəkə biləcəyi yük deyil”.

Oxşar xəbərlər