“Bu üçlüyün əməkdaşlığı türkoforbiya xarakterlidir”

“Yunanıstan, Kipr və Ermənistan üçlüyünün əməkdaşlığı açıq şəkildə türkofobiya xarakteri daşıyır”.

SOSİUM.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev prezident İlham Əliyevin Yunanıstanın ölkəmizə yeni təyin olunmuş Fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperigosu qəbul edərkən səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Fərid Şəfiyevin sözlərinə görə, onsuz da Azərbaycan qazı Avropaya gedib çıxacaq: “Bu ilin sonunda bu baş verəcək. Təbii ki, Azərbaycan qazının bazarı İtaliya və digər ölkələrdir. Yunanıstan Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyib-istəməməsi ilə bağlı özü seçim etməlidir. Çünki Yunanıstan Kipr və Ermənistanın əməkdaşlığı açıq şəkildə türkəfobiya xarakteri daşıyır. Bu türkofobiya xarakteri həm Türkiyəyə, həm də Azərbaycana qarşıdır. Cənab prezident bunu açıq şəkildə bəyan edib”.

Oxşar xəbərlər