“Azərbaycan xalqı üçün dua edirəm”

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçısı, Fransada yaşayan Alban Klod Azərbaycana dəstək verməkdə davam edir.

SOSİUM.az xəbər verir ki, sosial şəbəkədə daim Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktına etirazını bildirən Alban Klod bu dəfə aşağıdakıları qeyd edib:

“Azərbaycan dilində yaxşı danışmasam da bilin ki, şəhidlər və ailələri, ümumilikdə, bütün Azərbaycan xalqı üçün dua edirəm “.

Xatırladaq ki, Alban Klod H.Z.Tağıyevin ikinci oğlu Sadıxın nəvəsidir. Alban Klod Fransada doğulub, boya-başa çatıb, tarixçidir.

Oxşar xəbərlər