“Biz beynəlxalq dairələrə aydın mesaj verdik…”

“Qarabağda qazandığımız böyük qələbə ilə tarixə zəfər ili kimi düşən 2020-ci ili yola saldıq. Bu il şanlı ordumuz Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın 30 illik işğalına son qoyaraq torpaqlarımızı düşməndən azad etdi. Bütün dünya Azərbaycan Ordusunun döyüşlərdə göstərdiyi şücaətin şahidi oldu”.

SOSİUM.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Fatma Yıldırım deyib ki, mənfur düşmənin təxribatları nəticəsində yaşadığımız 44 günlük müharibə ilə yanaşı bütün dünyanı bürüyən koronavirus pandemiyası səbəbindən 2020-ci il ölkəmiz üçün ikiqat ağır oldu: “Ötən dövr ərzində bütün çətinliklərə baxmayaraq bizə ünvanlanan hər bir müraciəti diqqətlə təhlil etdik, səlahiyyətimiz çərçivəsində əksəriyyətinin həlli üçün çalışdıq. Məlum səbəblərdən yetəri qədər birbaşa görüşlər keçirə, canlı təmaslarda ola bilməsək də, mütəmadi olaraq təşkil etdiyimiz onlayn görüşlər vasitəsilə problemlərinizi dinləməyə müvəffəq olduq”.

Oxşar xəbərlər