Cənub rayonlarında zəlzələ olub

İlkin məlumatlara əsasən 08.11.2019 tarixində yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrində 6 maqnituda olub.  

SOSİUM.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında (Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı) hiss olunmuşdur.

Məlumata görə, Şərqi Azərbaycan əyalətində baş verən zəlzələdə azı 5 nəfər həlak olub. Zəlzələ zamanı 120 nəfər xəsarət alıb.

Oxşar xəbərlər