Canlı tariximizə çevrilən tarix müəllimi – VİDEO

Vətən müharibəsinə vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşımız yollandı. İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadə də könüllü olaraq torpaqlarımızın azad olunması üçün döyüşə qatılıb.

SOSİUM.az xezerxeber.az-a istinadən bildirir ki, oktyabrın 14-də Talış kəndi və Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə, o, əsl igidlik göstərib. Famil Əhmədzadə döyüşlərin birində düşmən gülləsinə tuş gəlib. Dərs dediyi məktəbdə yaratdığı tarix muzeyinə onun unudulmaz, şərəfli adı verilib.

Onun təşəbbüsü ilə Tarix-Diyarşünaslıq Muzeydə toplanmış eksponatlar şagird və müəllimlər tərəfindən ilk gündən böyük rəğbətlə qarşılanıb.

Famil Əhmədzadə tək məktəbində yox, rayonda da aktiv müəllimlərdən biri olub.

Valideynləri də bütün rayon ictimaiyyəti kimi şəhid olmuş müəllim oğulları ilə qürur duyurlar.

İndi onun adı əbədi olaraq bu muzeydə yaşadılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Oxşar xəbərlər