Ceyhun Bayramov Sergey Lavrovla görüşüb

Qarabağ münaqişəsinin nizamlanması üçün dayanıqlı şərtlərin yaradılması müzakirə olunub.

Moskvada səfərdə olan Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.

SOSİUM.az xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilib.

Məlumatda bildirilib ki, oktyabrın 21-də keçirilən görüşdə Dağlıq Qarabağ münaqişə bölgəsində atəşkəsə dair əvvəl əldə olunmuş razılaşmaların yerinə yetirilməsi ilə bağlı təxirəsalınmaz məsələlər və nizamlanma üçün dayanıqlı şərtlərin yaradılması müzakirə olunub.

Qeyd edək ki, S. Lavrovla Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında da oktyabrın 20-də Moskvada analoji görüş keçirilib.

Oxşar xəbərlər