“Dağlıq Qarabağda neft yataqları var”

“Dağlıq Qarabağda neft yataqları var. Amma onun məhz harda olduğunu alimlər hələlik müəyyənləşdirməyiblər”.

SOSİUM.az xəbər verir ki, bu fikirləri araşdırmaçı jurnalist Elçin Alıoğlu səsləndirib.

“Mən bunu nəyin əsasında deyirəm? Fikrimi izah edim. Bir zamanlar Cəbrayıl rayonu ərazisində neft çıxarılmışdı, lakin keyfiyyəti yüksək deyildi, çünki, tərkibində parafin olduğuna görə çox tez donurdu.

Laçın rayonu ərazisində neftin olması istisna edilmir. Erməni akademik Aqambekyan (O SSRİ prezidenti Mixail Qorbaçovun iqtisadi ideoloqlarından bir idi) 3 dəfə Laçına gəlmişdi. Laçında eksperiment aparmışdı. Çuqun borular çəkmişdilər və bu çuğun borularda 14 gün ərzində kristallaşma əmsalını hesablamışdılar. Bu dağlıq rayonlarda neft plastlarının olmasını göstərən bir amildir. Çuğun plastmasda şüşə kritallaşmanın olması neftə işarə edir.

Çeçenistanda da neft eyni metodla kəşf edilmişdi. Yəni bu dediyim komplo teorisi deyil, Laçın ərazisində neft yatağının olmasına dəlalət edən elmi sübutdur”.

Oxşar xəbərlər