Daha bir xalq artistinin oğlu vəfat etdi

Xalq artisti Nazpəri Dostəliyevaya ağır itki üz verib.

SOSİUM.az xəbər verir ki, bu gün sənətçinin böyük oğlu Əli Quliyev 41 yaşında vəfat edib. Bu haqda onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Dostəliyevanın iki oğlu var. Əlinin bir övladı var idi. O, bir müddət əvvəl həyat yoldaşı Pərvanədən ayrılıb.

Oxşar xəbərlər