“Böyük qələbəyə yaxınlaşırıq” – Deputat

“Qarabağda doğulub boya başa çatan şəxs kimi qeyd etmək istərdim ki, bizim bölgədə yüksəkliklərə sahib olmadan şəhər və kəndlərdə möhkəmlənmək mümkün deyil. Bəzi hallarda bir yüksəkliyə sahib olmaq bir neçə kəndi və ya şəhəri nəzarətdə saxlamağa imkan vermir. İnanıram ki, müzəffər ordumuz Füzuli rayonu da daxil olmaqla işğal altında olan bütün ərazilərimizdəki yüksəklikləri qısa zamanda tam azad edə biləcək”.

SOSİUM.az xəbər verir ki, bunu Milli Məclisə Füzuli rayonundan deputat seçilən Vüqar Bayramov deyib.

“Mənim dogma kəndimin ətrafındakı yüksəkliklərə də artıq qəhrəman əsgərlərimiz nəzarət edir. Hadrud və ətrafı məhz bu baxımdan da strateji əhəmiyyət daşıyır. Ali Baş Komandan müsahibəsində bildirib ki, indi Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. Bu həmçinin Dağlıq Qarabağa olan əsas girişlərdən birinin bizim nəzarətimizdə olması anlamına gəlir. Deməli, Böyük Qələbəyə də yaxınlaşırıq. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!”

Oxşar xəbərlər