“Mirşahinin çağırışına qoşuluram” – Deputat

REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu proqramda hazırda həbsdə olan müğənni Fədayə Laçından söz açıb. Telejurnalist sənətçinin həbsdən azad olunması üçün müraciət edib. “Siyasi məhbuslara xəyanəti bağışladıq, Fədaəyə Laçına da bəlkə sədaqətini bağışlayaq”,-deyə Mirşahin bildirib.

SOSİUM.az xəbər verir ki, Milli Məclisin deputatı Çingiz Qənizadə mövzuyla bağlı danışıb.

“Nə ki, nəzərə alına bilər, o nəzərə alınmalıdır. Fədayə Laçın Azərbaycan musiqi sənətinin həyatında tanınan şəxslərdən biri olub. Qadındır, səhv edib, günahı olub, cinayət törədib, amma bağışlamaq böyüklükdür. Onun bağışlanması mümkündür. Belə hesab edirəm ki, ona qanunun imkan verdiyi həddə hansısa bir cəza tətbiq etməklə hökümünü təxirə salıb azadlığa buraxmaq olar”.

Çingiz Qənizadə də Fədayə Laçın üçün yaradılan kampaniyaya qoşulduğunu bildirib.

“Mirşahinin və sənətçilərimizin çağırışına mən də qoşuluram və Fədayə Laçının azad olunmasını arzu edirəm. Belə hesab edirəm ki, bu istintaq və məhkəmə altında həbsdə qalması artıq ona və başqalarına kifaəyət qədər dərs oldu ki, bu cür xoşagəlməz hallara imkan vermək olmaz. Buna görə də mən Fədayə xanımın azadlığa çıxmasını arzulayıram”.

Oxşar xəbərlər