Deputat Şahin Seyidzadə növbəti videoqəbul keçirib

50 saylı Abşeron-Qobustan seçki dairəsindən Milli Məclisin deputatı Şahin Seyidzadə təmsil etdiyi dairənin seçiciəri ilə növbəti onlayn qəbul keçirib.

SOSİUM.az xəbər verir ki, seçicilərin müraciəti əsasında baş tutan vebinarda Abşeron rayonunun Saray qəsəbəsi, Qobustan rayonu Cəmcəmli, Poladlı, Təklə, Təsi və Xilmili kəndinin sakinləri iştirak edib.

Məşğulluq, sosial təminat, infrastruktur və hüquq məsələlərinin müzakirə olunduğu vebinarda deputat çıxış edib və seçicilərdən daxil olan müraciətləri icraya yönəldəcəyini qeyd edib.

Oxşar xəbərlər