Deputatın qardaşı oğluna cinayət işi açıldı

Deputat Əhliman Əmiraslanovun qardaşı oğlu Emil Vaqif oğlu Əmiraslanova cinayət işi açılıb.

SOSİUM.az demokrat.az-a istinadən xəbər verir ki, Emil Əmiraslanovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan olunub.

Emil Əmiraslanovun barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Şikayət əsasında onun barəsində istintaq araşdırması başlanıb.

Oxşar xəbərlər