Dilqəm Əsgərovdan xəbər var: qardaşı danışır

Ermənistanın girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin harada saxlanılması məlum olub.

SOSİUM.az xəbər verir ki, bu barədə Dilqəm Əsgərovun qardaşı Sahib Musayev sosial şəbəkədə məlumat yayıb.

S.Musayev qeyd edib ki, Qırmızı Xaç Komitəsi cümə günü – noyabrın 13-də Ermənistanın Şirak vilayətində hər iki girova baş çəkib. O hər iki şəxsin sağ-salamat olduğunu bildirib.

Oxşar xəbərlər