DİM elektron ərizə qəbuluna başlayıb

11-ci sinif şagirdləri üçün 2020-ci il iyulun 29-da və 30-da keçirilən buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb.

SOSİUM.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Apellyasiya Komissiyasına müraciət etmək üçün elektron ərizə qəbulu avqustun 23-dək davam edəcək.

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21-23 avqust tarixlərində apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Oxşar xəbərlər