“Dolanmaq çətindir, mal-qara saxlayıram”

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov hazırda kənd təsərrüfatı işləri ilə məşğul olur.

SOSİUM.az xəbər verir ki, bu barədə unikal.org-a Z.Məmmədovun özü məlumat verib:

“Mən Ucardakı evimdəyəm, kənd təsərrüfatı ilə məşğulam, əkib-becərirəm. Artıq mənim başqa fəaliyyət növüm yoxdur. Rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil. Təsərrüfatımda insanlar işləyir. Bu həmin ərazidə yaşayan insanların işlə təmin olunmasına dəstəkdir. Mən təbiətcə bekar qalmağı xoşlayan adam deyiləm. İşləmək istəyən insanlar üçün gözəl şərait qurulub. Cənab prezidentə bu cür şərait qurduğuna görə təşəkkür edirəm”.

Oxşar xəbərlər