Döyüşə çox böyük coşqu ilə gedirlər

Azərbaycanda qismən səfərbərlik elan edilməsi ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hissələrə yola salınması davam etdirilir.

SOSİUM.az “Report”a istinadən xəbər verir ki, çəkiliş qrupu Dövlət Xidmətinin Bakıdakı bölmələrindən birində olub.

Döyüşə yola düşənlərin və onların yaxınlarının təəssüratları öyrənilib.

Cəbhə bölgəsinə göndərilən gənclər qələbə əzmi ilə yola düşdüklərini, onların yaxınları isə buna görə həm həyəcan, həm də qürur hissi keçirdiklərini deyiblər.

Oxşar xəbərlər