Putin: “Döyüş Ermənistanda getmir”

Rusiya prezidenti Vladimir Putin Qarabağda davam edən döyüşlərə toxunub.

SOSİUM.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya lideri Ermənistan qarşısında hərbi öhdəliklərinin olduğunu desə də, döyüşlərin Ermənistan ərazisində getmədiyini xatırladıb.

“Rusiyanın Ermənistan qarşısında öhdəlikləri var. İndi döyüşlər Ermənistan ərazisində getmir. Hərbi öhdəliklərimizə gəldikdə isə biz onları icra etməyə hazırıq”-deyə Putin açıqlamasında bildirib.

Putinin açıqlaması Qarabağdakı döyüşlərə Rusiyanın müdaxilə etməsini arzulayan Ermənistan üçün arzuolunmaz hal olub.

Oxşar xəbərlər