DSX rəisinin də işdən getməsi xəbəri yayıldı

“Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev yaxın zamanlarda öz vəzifəsi ilə vidalaşacaq. Onun yerinə DSX rəisinin müavini, Sərhəd Qoşunlarının komandanı general-leytinant Araz Məmmədov təyin ediləcək”.

SOSİUM.az xəbər verir ki, bizim.media-a istinadən mətbuatda yayılan bu tip informasiyalara aydınlıq gətirmək üçün Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti ilə əlaqə saxladı.

Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Maya Şərifova bildirdi ki, sözügedən informasiya həqiqətə uyğun deyil.

Oxşar xəbərlər