Ekvadorda ara qarışdı: Onlarla ölü, 400 yaralı

Ekvadorda kütləvi aksiyalarda 400-dən çox insan xəsarət alıb.

SOSİUM.az xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Mariya Paula Romo məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanların 86 nəfəri polis əməkdaşlarıdır.

O, bir çox qurbanın gözyaşardıcı qazın geniş miqyaslı istifadəsi səbəbindən nəfəs almaqda çətinlik çəkdiyini bildirib.

Qeyd edək ki, bir neçə gündür Ekvadorda hökumətin iqtisadi islahatlarından narazı olan vətəndaşların kütləvi nümayişləri keçirilir.

Oxşar xəbərlər