Eldar Mahmudovun qohumu London məhkəməsindən…

Xəbər verildiyi kimi, bu gün Londonda Azərbaycanın tələbi əsasında Zamirə Hacıyevanın ekstradisiyası üzrə məhkəmə prosesi davam etdirilib.

SOSİUM.az xəbər verir ki, məhkəmədə Azərbaycandan yalnız APA-nın London müxbiri iştirak edib. Onun yaydığı xəbərə görə, Westminister Magistrates məhkəməsində keçirilən iclasda qərar açıqlanıb və məhkəmə Z. Hacıyevanın Azərbaycana ekstradisiya edilməməsi barədə qərar qəbul edib.

Azərbaycanlı jurnalist məhkəmədən ayrılarkən Zamirə Hacıyevanı görüntüləyib. APA TV-nin yaydığı videodan da göründüyü kimi, vəkilinin qoluna girib, yeriyən Zamirə Hacıyeva özünü qalib kimi hiss edir və sevincini gizlətmir. Hansı ki, onun sel kimi xərclədiyi pulları dövlətdən oğurlayan Beynəlxalq Bankın keçmiş rəhbəri, Z. Hacıyevanın əri Cahangir Hacıyev ağır cəza ilə illərdir ki, həbsxanada yatır.

Videonu çəkən APA müxbirin Zamirə Hacıyevanın məhkəməyə girərkən hansı əhvalda olduğunu deyib. “Onu gördüm. Məhkəmə qərarından əvvəl çox pis durumda idi və gərgin görünürdü. Lakin qərardan sonra öz vəkilinin qollarında, sanki uça -uça yeriyirdi”.

Məlumata görə, Azərbaycan tərəfi məhkəmənin bu qərarından etiraz verib.

Oxşar xəbərlər