Elman Rüstəmovun istefa xəbəri yayıldı

Azərbaycanda 24 ildir ki, Mərkəzi Bankın sədri olan Elman Rüstəmovun vəzifəsindən istefa verməsi xəbəri yayılıb.

SOSİUM.az xəbər verir ki, yayılan məlumatlara görə,Elman Rüstəmovun artıq kollektivlə vidalaşdığı bildirilir.

Yaxın günlərdə Elman Rüstəmovun vəzifədən azad edilməsi və onun yerinə təyinat edilməsi ilə bağlı Milli Məcilisin toplanacağı gözlənilir.

Bəzi məlumatlara görə, Elman Rüstəmovun Baş nazirin müavini vəzifəsinə təyin olunacağı ehtimal edilir. FED.az məlumatı dəqiqləşdirmək üçün AMB-yə müraciət edib, bankdan bu barədə heç bir məlumatın olmadığı bildirilib. Amma məlumat təkzib olunmayıb.

Oxşar xəbərlər