Enerji içkiləri ilə bağlı qadağa qüvvəyə minir

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) energetik içkilərlə bağlı yeni qaydaları təsdiqləyib.

SOSİUM.az xəbər verir ki, «Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları» 2020-ci ilin əvvəlindən qüvvəyə minəcək.

Qaydalar energetik içkilərlə bağlı minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.

Qaydalara əsasən enerji içkiləri ilə bağlı yeni qadağalar da qüvvəyə minəcək. Belə ki, enerji içkisinin üzərində «Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir», «18 yaşdan aşağı şəxslərə satışı qadağandır», «Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur», «Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir» yazıları olmalıdır.

Oxşar xəbərlər