Azərbaycan tam üstünlüyə malikdir – Erməni KİV

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan bu gün keçirdiyi brifinqdə bildirib ki, Qarabağda döyüşlər təkcə şimal və cənub istiqamətində deyil, mərkəzi istiqamətdə də aparılır.

SOSİUM.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Ovannisyanın sözlərinə görə, şimal istiqamətində döyüşlər zamanı Azərbaycan HHQ-nin aviasiyası işə salınıb.

O, həmçinin bildirib ki, mərkəzi istiqamətdə Azərbaycanın təxribat qrupları erməni mövqelərinin dərinliklərinə nüfuz edib. Azərbaycan tam üstünlüyə malikdir.

Cənub istiqamətində də döyüşlər davam edir.

Oxşar xəbərlər