Prezident: “Ermənilər Hadrutu qaytarmağa cəhd edib”

“Birtərəfli qaydada atəşkəsə nail olmaq mümkün deyil. Əks təqdirdə, Ermənistan üstünlük qazanacaq və hədəfinə çatacaq. Əslində, mahiyyətcə onların çalışdığı budur. Onlar azad edilmiş (Azərbaycan Ordusu tərəfindən – red.) əraziləri geri qaytarmağa çalışırlar. Xüsusilə də, Hadrut şəhərini geri qaytarmağa çalışdılar. Ancaq cəhdləri uğursuz alındı. Onlara tövsiyə edirəm – artıq Ermənistan hökumətinə, eləcə də erməni xalqına açıq mesaj göndərmişəm – azad edilmiş əraziləri geri qaytarmaq cəhdlərinizi dayandırın. Bu yalnız yeni qurbanlara, qan tökülməsinə səbəb olacaq”.

SOSİUM.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Fransa-24” telekanalına verdiyi müsahibisində deyib.

Oxşar xəbərlər