Ermənilər Füzulidə xəstəxananı atəşə tutub

Ötən gün gecə saatlarında Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunda yerləşən Zobucuq ikinci qəsəbəsindəki Rayon Mərkəzi Xəstəxanasını atəşə tutub.

SOSİUM.az xəbər verir ki, tibb müəssisəsinə ciddi ziyan dəyib.

İcra nümayəndəsi Əbülfət Alıyevin sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin atdığı top mərmisi nəticəsində xəstəxana dağıntılara məruz qalıb.

Oxşar xəbərlər