Düşmən Füzulini raket atəşinə tutub

Ermənistan ərazisindən Füzuli rayonunun ərazisi raket atəşinə tutulub.

SOSİUM.az xəbər verir ki, raket atəşi nəticəsində 3 nəfər mülki şəxs xəsarət alıb.

Bunlar Qarabağ kənd sakinləri 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu, 1958-ci il təvəllüdlü İbrahimov Nizami Cəfər oğlu və 1968-ci il təvəllüdlü Abbasov Alman Ənvər oğludur.

Raket atəşi nəticəsində rayonun Kərimbəyli, Babi, Şükürbəyli və Qarabağ kəndlərindəki evlərə külli miqdarda ziyan dəyib.

Oxşar xəbərlər