Ermənistanda bir günə 15 nəfər koronadan öldü

Ermənistanda koronavirusa yoluxanların sayı 8 216 nəfərə çatıb.

SOSİUM.az erməni KİV-lərinə istinadən xəbər verir ki, son sutka ərzində 442 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 15 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 113 nəfər koronavirusdan ölüb, 4 816 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Oxşar xəbərlər