Ermənistanda bir gün ərzində 460 yoluxma faktı

Ermənistanda koronavirusa yoluxanların sayı 8 676 nəfərə çatıb.

SOSİUM.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 460 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 120 nəfər koronavirusdan ölüb, 5 259 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir