MN: Ermənistandan Qubadlı və Laçın atəşə tutulur

Azərbaycan ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.

SOSİUM.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

Qarşı tərəfin məqsədi Azərbaycan ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

Oxşar xəbərlər