Ermənistanın keçmiş vitse-spikeri həbs olundu

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkə parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanovu qanunsuz toplantının təşkil edilməsi ittihamı ilə həbs edib.

SOSİUM.az xəbər verir ki, bu barədə TASS-a Şarmazanovun köməkçisi Qeqam Petrosyan məlumat verib.

“Milli Təhlükəsizlik Xidməti Eduard Şarmazanovu ilkin həbs (72 saatlıq) etmək barədə qərar qəbul etdi. Onu qanunsuz toplantının təşkilat olunmasında ittiham etdilər”, – deyə Petrosyan bildirib.

Qeyd edək ki, noyabrın 11-də Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyası keçirilib. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları saxlanılıb. Saxlanılanlar arasında “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan, Respublikaçılar partiyasının nümayəndələri Eduard Şarmazanov, sabiq deputat Vaqram Baqdasaryan, Vardan Ayvazyan, Qeqam Petrosyan, Ayk Mamidjanyan, Karine Açemyan, Vətən partiyasının nümayəndələri Arsen Babayan, Vardan Voskanyan və digərləri də var.

Oxşar xəbərlər