Zelenskiyə qarşı qəti tələblər irəli sürüldü

Kiyevin mərkəzində “Avromaydanın” ildönümü münasibəti ilə minə yaxın mitinq iştirakçısı toplaşıb.

SOSİUM.az xəbər verir ki, onlar Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı bir sıra tələblər irəli sürüb.

Mitinq iştirakçıları Zelenskinin ofisinin rəhbəri Andrey Boqdanın, Araşdırmalar üzrə Dövlət Bürosunun direktoru Roman Trubanın və Ukrayna Ali Radasının xarici siyasət məsələləri üzə komitəsinin sədri Boqdan Yaremenkonun istefa verməsini tələb edir.

Hərəkata müxalif siyasətçilər, məsələn, “Səs” partiyasının başçısı Svyatoslav Vakarçuk və Petro Poroşenkonun partiyasından olan deputat Svetlana Fedina qoşulublar.

Oxşar xəbərlər