“Aksiyalar xaricdən idarə olunur” – Lukoşenko

Belarus prezidenti Aleksandr Lukaşenko dünən səsvermənin başa çatmasından sonra baş verən etiraz aksiyalarının Polşa, Böyük Britaniya və Çexiyadan gələn zənglərlə idarə olunduğunu bəyan edib.

SOSİUM.az xəbər verir ki, Lukaşenko öz ölkəsində “Maydan”a yol verməyəcəyini və “ölkəni parçalamaq” cəhdlərinə adekvat cavab verəcəyini deyib.
“Köhnə kəşfiyyatçı kimi sizə aydın olar, xaricdən zənglər olub. Polşadan, Böyük Britaniyada, Çexiyadan. Məni bağışlayasınız, bizim qoyunları idarə edirdilər. Onlar nə etdiklərini bilməyəndə başlayırlar onları idarə etməyə” – Lukaşenko MDB-nin İcraiyyə Komitəsinin sədri, müşahidəçilər missiyasının başçısı Sergey Lebedevlə görüşdə deyib.

Belarus prezidenti ölkədə internetin olmamasında da xariciləri günahkar sayıb:

“Kimsə küçələrə çıxmaq üçün qaşınır. Əhalidə narazılıq yaratmaq üçün hətta xaricdən də interneti kəsirlər. Mütəxəssislərimiz bloklanmanın haradan aparıldığını aydınlaşdırmağa çalışır. Əgər internet pis işləyirsə, bu bizim təşəbbüsümüz deyil, ölkə xaricindən edilir”.

Lukaşenkonun sözlərinə görə, Belarusu hərtərəfli sıxmağa çalışırlar:

“Hibrid şəkildə bütün istiqamətlərdə fəaliyyət göstərirlər. Ancaq biz tab gətirəcəyik”.

Qeyd edək ki, Minskdə internet prezident seçkisinin səhərindən itməyə başlayıb, axşam isə tam kəsilib.

Oxşar xəbərlər