“Facebook“ ilk onluqdakı yerini itirdi

“Interbrand” konsaltinq şirkəti ən böyük qlobal brendlərin bu ilki reytinqini açıqlayıb. Bu, sayca iyirminci belə siyahıdır. Ən qiymətli brend “Apple” (234,2 milyard $) hesab olunur.

SOSİUM.az xəbər verir ki, ilk üçlükdə heç bir dəyişiklik yoxdur. İkinci yerdə “Google” (167,7 milyard $), üçüncü yerdə “Amazon” (125,2 milyard $) qərarlaşıb. Brendlərin ilk beşliyi tamamilə amerikan şirkətlərindən ibarətdir. Belə ki, növbəti yerlərdə “Microsoft” (108 milyard $) və “Coca Cola” (63,3 milyard $) dayanır.

Həmçinin oxu: Gələcəkdə Windows Əməliyyat Sistemi sıradan çıxa bilər

“Top-100”dəki şirkət brendlərinin ümumi dəyəri keçən ilki ilə müqayisədə 5,7% artaraq 2,13 trilyon dollar olub. “Mastercard” (25%), “Amazon” (24%), “Salesforce“ (24%) ən sürətlə inkişaf edən markalar siyahısına düşüb. 2019-cu ildə artım tempini “Gucci” (23%), “Starbucks” (23%), “Adobe” (20%) da yüksəldə bilib.

Reytinqi tərtib edənlər qeyd edirlər ki, son ildə artım internet vasitəsilə media məzmununun hazırlanıb yayılması ilə bağlıdır. Bunlar elə siyahının liderləri: “Google” və “Amazon”dur, həmçinin video istehsalçısı “Disney”dir (+10%).

Texnologiya ilə məşğul olan şirkətlərin dəyəri isə düşür. “Facebook” artıq onluqda deyil, 14-cü yerdə qərarlaşıb. İki il əvvəl şirkət artım tempinə görə liderə çevrilmişdi, lakin 2019-cu ildə 12%, yəni 39,9 milyard dollarlıq azalma nümayiş etdirir.

“IBM” və “Intel”in də maliyyə göstəriciləri mənfidir.

Reytinq cədvəlinə yeni daxil olanlar: “Uber” (5,714 milyardla 87-ci yer), “LinkedIn” (4,836 milyardla 98-ci yer) və bir neçə illik fasilədən sonra yenidən siyahıya düşməyi bacaran “Dell” (9,086 milyardla 63-cü yer) şirkətləridir.

Həmçinin oxu: Soft Bank-ın Uber və WeWork-a qoyulmuş investisiyalardan gördüyü zərər 5 milyard dolları keçə bilər

Oxşar xəbərlər