Fransada 800 min sakin işıqsız qaldı

Fransanın cənub-şərqində azı 800 min sakin elektrik enerjisiz qalıb.

SOSİUM.az xəbər verir ki, buna səbəb əraziyə yağan güclü qar olub.

Ağaclar qarın ağırlığına tab gətirməyib və elektrikötürücü xətlərin üstünə aşaraq, onları sıradan çıxarıb. İzer departamentində qırılan ağac avtomobil sürücüsünün həyatına son qoyub.

Qrenobl və Lion arasında hərəkət edən qatar yolda qalıb, bütün sərnişinlər təxliyyə edilib.

Oxşar xəbərlər